Azərbaycanlı güləşçi Çunayevin Olimpiada yolunu bağladı

8-05-2021, 20:11           
Azərbaycanlı güləşçi Çunayevin Olimpiada yolunu bağladı
Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Olimpiadaya vəsiqə qazana bilməyib.

Oxu.Az xəbər verir ki, Çunayev il yarımlıq fasilədən sonra Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat turnirində döşək üzərinə çıxıb.

O, ilk mərhələdə Moldova təmsilçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb (4:4). Çunayev daha sonra yerli güləşçini xalçadan məyus yola salıb (6:0). Ancaq 1/4 finalda Ukrayna millisinin azərbaycanlı güləşçisi Pərviz Nəsibova 2:3 hesabı ilə uduzub.

Həmçinin Murad Məmmədov, Murad Lokyayev və Beka Kandelaki də uduzub. Bu isə o deməkdir ki, yunan-Roma güləşində 60, 67, 97 və 130 kq çəki dərəcələrində Azərbaycan təmsil olunmayacaq.

Yalnız ikiqat Avropa çempionu, dünya mükafatçısı Rafiq Hüseynovun Olimpiadaya lisenziya şansı qalıb. O, koreyalı (rəqibi yarışda iştirak etməyib), hindistanlı (8:0) və əlcəzairli (9:0) rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əgər o, Bakı vaxtı ilə saat 20:00-dan sonra başlayacaq həlledici görüşdə finala vəsiqə qazansa, Olimpiadaya lisenziyanı təmin etmiş olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru