"Neftçi" qalib gəldi

9-05-2021, 00:07           
"Neftçi" qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Pravda.az-ın məlumatına görə, günün ikinci matçında "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib. "ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Neftçi"nin qollarını 13-cü dəqiqədə Voyislav Stankoviç, 62-ci dəqiqədə Yusuf Laval, 72-ci dəqiqədə Keysuke Honda, 79-cu dəqiqədə isə penaltidən Namiq Ələsgərov vurub.

Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0 hesabı ilə yenib. Tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru