Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

9-05-2021, 09:24           
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Trend-in məlumatına görə, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarışa qələbə ilə başlayıb. İkiqat Avropa çempionumuz Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək səkkizdəbir final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda əlcəzairli Abd Elkrim Ouakalini üstələyərək yarımfinala adlayıb. Güləşçimiz növbəti görüşündə serbiyalı Viktor Nemesə qalib gələrək turnirin finalına yüksəlib və Olimpiadaya lisenziyanı təmin edib.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru