İbrahimoviçi itirmək belə “Milan”a “Yuventus”u darmadağın etməyə mane olmadı - VİDEO

10-05-2021, 07:13           
İbrahimoviçi itirmək belə “Milan”a “Yuventus”u darmadağın etməyə mane olmadı - VİDEO
İtaliya A Seriyasının 35-ci turunda “Yuventus” və “Milan” üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, Turində keçirilən oyunda qonaqlar böyükhesablı qələbə qaznıb – 3:0.

Hesabı ilk hissəyə əlavə olunmuş birinci dəqiqədə Braim Dias açıb.
66-cı dəqiqədə isə Zlatan İbrahimoviç zədələnərək, əvəzlənməli olub.

Onun yerinə oyun daxil olan Ante Rebiç 78-ci dəqiqədə fərqi artırıb. Son nöqtəni isə 82-ci dəqiqədə Fikayo Tomori qoyub.

Bununla xalını 72-yə çatdıran “Milan” 3-cü pillədə qərarlaşıb.

“Yuventus” isə sona 3 tur qalmış 69 xalla 5-ci pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru