Oslodakı turnir zamanı Varholm məsafəni 46.70 saniyəyə qət edib.
Əvvəlki 46.78 saniyəlik rekord 29 il əvvəl - 1992-ci ildə Amerikalı Kevin Yang tərəfindən qırılıb.
25 yaşlı Varholm 400 metr maneələrlə qaçışda iki qat dünya çempionu (2017, 2019) və eyni məsafədə Avropa çempionudur (2018). Norveç çempionatında da 9 qələbəsi var.