AVRO-2020: Londonda İtaliya - İspaniya yarımfinalı: HEYƏTLƏR - YENİLƏNİR

6-07-2021, 22:39           
AVRO-2020:
Bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşacaq.

İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında keçiriləcək.

Londondakı "Uembli” stadionundakı matçı almaniyalı Feliks Brıx idarə edəcək.

Qeyd edək ki, digər yarımfinal görüşündə sabah İngiltərə və Danimarka yığmaları qarşılaşacaq.

AVRO-2020
Yarımfinal
6 iyul

23:00. İtaliya – İspaniya
Baş hakim: Feliks Brıx (Almaniya).
London. "Uembli” stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 18. Jordi Alba, 19. Dani Olmo, 21. Mikel Oyarzabal, 24. Aymerik Laporte, 26. Pedri.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru