Konfrans Liqası: Azərbaycan kubokunun qalibi "Soçi" ilə üz-üzə gələcək

29-07-2021, 07:23           
Konfrans Liqası:
Azərbaycan kubokunun qalibi “Keşlə” avrokuboklarda növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında mübarizə aparan Sənan Qurbanovun yetirmələri Rusiya “Soçi”si ilə görüşəcək.

Bakı klubu rəqibini “ASK Arena”da sınağa çəkəcək. Ötən həftə səfərdə 0:3 hesablı darmadağına üzülən paytaxt təmsilçisi II təsnifat mərhələsini uğurla keçmək üçün möcüzəyə imza atmalıdır.

Tur adlamaq şansı minimuma bərabər olan “Keşlə” avrokubok mövsümünü ən azı qolsuz bitirməmək üçün meydana çıxacaq. Bakılılar bunu bacarsa və eyni saatda meydana çıxacaq “Sumqayıt”dan və oyunu bir saat gec başlayacaq “Qarabağ”dan tez fərqlənsə, Konfrans Liqasında ilk qolumuzun müəllifi ola bilər.

Qeyd edək ki, “Keşlə” – “Soçi” cütünün qalibi “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
20:00. “Keşlə” (Azərbaycan) – “Soçi” (Rusiya)
Baş hakim: Viktor Şimusik (Belarus)
Bakı. “ASK Arena”
İlk oyun – 0:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru