Tokio-2020: Məhəmməd Abdullayev mübarizəni dayandırıb

29-07-2021, 07:42           
Tokio-2020: Məhəmməd Abdullayev mübarizəni dayandırıb
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində 1/8 final qarşılaşmasında rəqib özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov olub.

İlk raudda 5 hakimin hamısı Jalolovun üstün döyüşdüyü qənaətinə gəlib. İkinci raundun sonlarında Abdullayev noqdauna düşsə də, görüşü davam etdirib. Bu dəfə də referilər özbəkistanlı boksçuya daha çox xal veriblər.

Üçüncü raundda Azərbaycan boksçusu dönüş etmək istəsə də, səyləri nəticə verməyib. Beləliklə, üçüncü raundda da uduzan Jalolova uduzan Abdullayev 0:5 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru