"Mançester Yunayted"in baş məşqçisi: "Məni Azərbaycanla oyunda qollar vurduqdan sonra aldılar"

30-07-2021, 09:39           
"Mançester Yunayted"in baş məşqçisi:
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ule-Qunnar Şulşer futbolçu olduğu dönəmdə "qırmızı şeytanlar"a transferi haqqında danışıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç "Molde"sində çıxış etdiyini xatırladıb.

O, İngiltərə təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra gerçəkləşdiyini bildirib: "Həmin matçda iki baxımlı qol vurdum. Biri çox gözəl idi. "Mançester Yunayted"in köməkçi-məşqçisi Cimmi Rayan həmin oyunda tribunada əyləşmişdi. O, Ronni Yonseni izləyirdi. Həmin andan sonra Rayan düşünməyə başladı. Hadisələr həmin gün baş verdi".

Qeyd edək ki, Norveç millisi 1996-cı il iyunun 2-də dünya çempionatının seçmə oyununda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru