Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb
31-07-2021, 00:01
Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb. SNTV xəbər verir ki, terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir. Hələlik hadisənin səbəbi açıqlanmayıb. (Report)