Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırıb

31-07-2021, 08:09           
Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırıb
Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan 2013-cü ilin dünya çempionuu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raunda fəal təsir bağışlayan Çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.

İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.

Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1. .

Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru