“Mets”in baş məşqçisi Mbappeni təvazökar olmağa çağırdı

24-09-2021, 08:03           
“Mets”in baş məşqçisi Mbappeni təvazökar olmağa çağırdı
Fransanın “Mets” klubunun baş məşqçisi Frederik Antonetti PSJ-nin hücumçusu Kilian Mbappenin davranışını tənqid edib.

“Mbappeni çox istəyirəm, amma sevilmək istəyirsə, fərqli davranmalıdır. Daha təvazökar olsaydı, onun üçün yaxşı olardı”, - deyə Frederik Antonetti vurğulayıb.

Xatırladaq ki, sentyabrın 22-də Fransa çempionatında “Mets”lə PSJ üz-üzə gəlib.

Qarşılaşma 2:1 hesabı ilə parislilərin xeyrinə başa çatdı.

95-ci dəqiqədə Əşrəf Hakimi PSJ-nin qələbə qolunu vurandan sonra Kilian Mbappe “Mets”in qapıçısına yaxınlaşaraq ona nələrsə deyib və nəticədə meydanda qarşıdurma yaranıb.

Mənbə: “L'equıpe”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru