Messi Mbappedən 18 milyon avro çox maaş alır

24-09-2021, 10:25           
Messi Mbappedən 18 milyon avro çox maaş alır
Fransanın PSJ klubunda futbolçuların maaşları bəlli olub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi illik 35 milyon avro qazanır.

Neymarın argentinalı oyunçudan 4 milyon az məvacib aldığını bildirilir. Bundan əlavə, Kilian Mbappenin 17 milyon avro alması diqqət mərkəzinə düşüb.

İspaniya "Real Madrid"indən PSJ-yə keçən Serxio Ramosun illik qazancı isə 12,1 milyon avro olaraq göstərilib. 36 yaşlı müdafiəçidən daha gənc olan Anxel di Mariya, Mauro İkardi, Əşrəf Hakimi və Corcinyo Veynaldumun isə daha az maaş aldığı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru