Dünyanın ən yaxşılarına verilən "Qızıl top" mükafatının dəyəri nə qədərdir?

2-12-2021, 10:17           
Dünyanın ən yaxşılarına verilən "Qızıl top" mükafatının dəyəri nə qədərdir?
Lionel Messi növbəti dəfə futbol dünyasının ən nüfuzlu mükafatı hesab olunan "Qızıl top"u qazandı.

Qaynarinfo xəbər verir ki, Parisdə keçirilən möhtəşəm mərasimlə "Qızıl top” mükafatı öz sahiblərini tapıb. Bəs, göz qamaşdıran bu mükafatının xüsusiyyətləri nələrdir, onun dəyəri nə qədərdir? "France Football"ın hər il dünyanın ən yaxşılarına təqdim etdiyi "Qızıl top" neçəyə başa gəlir?

"Ballon d'Or" futbol dünyasında peşəkar futbolçuların ala biləcəyi ən qədim və prestijli mükafatlardan biridir. "France Football" nəşri jurnalistlərin verdiyi səslərə əsasən hər il ən yaxşı oyunçunu müəyyənləşdirir. Mükafat 1956-cı ildə fransız jurnalı tərəfindən təsis olunmağa başlayıb. Onu ilk dəfə "Stok Siti" və "Blekpul"un sabiq ingilis futbolçusu Stenli Metyus qazanıb. Jurnalın 1956-2009-cu illərdə təsis etdiyi "Qızıl top” və 1991-2009-cu illərdə FİFA tərəfindən təqdim olunan "Dünyanın ən yaxşı futbolçusu” mükafatı 2010-cu ildə "FIFA Qızıl Top” adı altında birləşdirilib. Ancaq FİFA və "France Football" jurnalı 2016-cı ildə əməkdaşlığa son qoyduqdan sonra "FIFA Qızıl Top" mükafatı tarixə qovuşdu. Həmin vaxtan bəri məşhur fransız nəşri mükafatı əvvəlki kimi "Qızıl top" adı altında futbolçulara təqdim etməyə başladı. Mükafat ilk vaxtlarda yalnız Avropa ölkələrindən olan futbolçulara verilirdi. 2007-ci ildən etibarən isə namizədlər sırasında dünyanın bütün peşəkar futbolçuları yer almağa başladı.

Hazırkı "Ballon d'Or"un hündürlüyü 28, diametri isə 22 santimetrdir. Çəkisi isə təxminən 12 kiloqramdır. Onun top şəklində olması üçün iki qabarıq mis lövhədən istifadə edilib. Dəyəri 3000 avrodan çox olan mükafata sferik təsvir forması vermək üçün muma bənzər materialla doldurulmuş kürə şəklində hazırlanıb. Bundan əlavə, "France Football”un loqosu və qalibin adı zərif qızılı örtüklə mükafatın üzərinə həkk olunur.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.