Türkiyəli azarkeşlər Emrelinin "Qalatasaray"ın futbolçusu ilə müqayisəsinə etiraz edib

2-12-2021, 09:51           
Türkiyəli azarkeşlər Emrelinin "Qalatasaray"ın futbolçusu ilə müqayisəsinə etiraz edib
UEFA Avropa Liqasının rəsmi tviter səhifəsinin Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli ilə "Qalatasaray"ın oyunçusu Kerem Aktürkoğlunun fotosunu paylaşması etirazlara səbəb olub.

"Report"un məlumatına görə, türkiyəli azarkeşlər Avropa futbol qurumunun sorğusunu birmənalı qarşılamayıb.

Onlar Türkiyə millisinin yarımmüdafiəçisinin Emrelidən qat-qat güclü olduğunu bildiriblər və bu müqayisənin səhv olduğunu yazıblar. Rəy yazanlar arasında Azərbaycanlı hücumçuya dəstək olan xarici fanatlar da yer alıb. Bəzi türkiyəli tərafdarlar isə hər iki oyunçunu bəyəndiklərini vurğulayıblar.

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru