Rusiyalı üzgüçülərin qızıl medalları ABŞ idmançılarına verildi

20-06-2022, 08:14           
Rusiyalı üzgüçülərin qızıl medalları ABŞ idmançılarına verildi
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Rusiya idmançılarının medallarının ABŞ və Cənubi Afrika təmsilçilərinə verilməsi barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bu qərar antidopinq qaydalarını pozmaqda təqsirli bilinən rusiyalı Artem Lobuzovun diskvalifikasiyası ilə əlaqədar qəbul edilib .

2016-cı il Dünya Kubokunda o, 200 metr məsafəyə sərbəst üsulla estafetdə qızıl medal qazanıb. Həmçinin 2014-cü il Dünya Kubokunda bürünc medala layiq görülüb.

Beləliklə, 2016-cı il Dünya Kubokunun qızıl medallarının amerikalı üzgüçülərə, bürünc medalların isə Cənubi Afrikadan olan idmançılara verilməsi qərara alınıb.

31 yaşlı Lobuzov qısa məsafədə Avropa çempionatının bürünc mükafatçısı, 2013-cü ildə estafet yarışlarında dünya çempionatının gümüş mükafatçısıdır. Bundan əlavə, 2012-ci ildə Londonda keçirilən Olimpiadada iştirak edib.

Rusiyalı idmançı antidopinq qaydalarını pozmaqda təqsirli bilinib və dörd il müddətinə diskvalifikasiya edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.