Rusiyada oynayan futbolçu Polşa millisindən kənarlaşdırılıb

20-06-2022, 17:47           
Rusiyada oynayan futbolçu Polşa millisindən kənarlaşdırılıb
Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.

"Report" Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Moskva təmsilçisində çıxışını davam etdirməsi səbəb olub.

Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus həmçinin, bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru