Transgender üzgüçülər qadınlar arasında keçirilən yarışlara buraxılmayacaqlar

21-06-2022, 10:24           
Transgender üzgüçülər qadınlar arasında keçirilən yarışlara buraxılmayacaqlar
Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) transgender üzgüçülərin qadınlar arasında keçirilən yarışlarda iştirakını qadağan edib.

“Haber Global”ın verdiyi məlumata görə, 152 federasiyanın 71 faiz səsini toplayan qərar FINA elmi panelinin dərmanların təsirilə testosteron səviyyələri aşağı düşürülsə belə, transgenderlərin qadınlardan daha avantajlı olduğu barədə hesabatından sonra verilib.

34 səhifəlik sənəddə FINA bildirib ki, yalnız yetkinlik dövrü başlamazdan əvvəl - 12 yaşdan gec olmayaraq cinsiyyətini dəyişənlər bu yarışlarda iştirak edə bilərlər.

FINA rəhbəri bu qərarın xüsusən qadınlar arasındakı yarışlarda ədalətli rəqabəti qorumaq məqsədilə verildiyini bildirib.

Bundan başqa, FINA inklüzivlik siyasəti çərçivəsində yüksək səviyyəli yarışların hər kəsin iştirak edə biləcəyi “açıq kateqoriyası”nın yaradılması yönündə işə başlanıldığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru