Maradonanın ölümünə görə 8 nəfər mühakimə olunacaq

23-06-2022, 12:31           
Maradonanın ölümünə görə 8 nəfər mühakimə olunacaq
Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı 8 nəfər Argentina məhkəməsində mühakimə olunacaq.

Teref.Az Apasport.az-a istinadən bildirir ki, aparılan araşdırmadan sonra ona qulluq edən həmin şəxslər qətldə ittiham edilir.

236 səhifəlik sənəddə işə sədrlik edən hakim onların hər birini ölümə səbəb olan qeyri-peşəkar davranışa görə sorğu-sual edib. Qərarda deyilir ki, Maradonaya baxan həkimlər, tibb bacıları və psixoloq da daxil olmaqla 8 nəfər qəsdən adam öldürmədə ittiham olunur.

Argentinalının ölümünü araşdırmaq üçün təyin edilən tibbi komissiya ötən il futbol ulduzunun həkim komandasının ehtiyatsız hərəkət etdiyi qənaətinə gəlib.

Qeyd edək ki, Dieqo Maradoina 2020-ci ilin noyabrında ürəktutmasından vəfat edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.