UEFA-dan yenilik: “Qarabağ”ın oyununda VAR sistemi olacaq

31-07-2022, 00:02           
UEFA-dan yenilik: “Qarabağ”ın oyununda VAR sistemi olacaq
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi oyunlarda video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.Məlumatda qeyd olunur ki, VAR sistemi III təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunun təşkili ilə bağlı klublar və televiziya yayıma cavabdeh olan uyğun telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, “Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru