Azərbaycanın iki güləşçisi İtaliyada dünya çempionu olub - FOTO

31-07-2022, 08:59           
Azərbaycanın iki güləşçisi İtaliyada dünya çempionu olub - FOTO
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. "Report"un məlumatına görə, bu gün sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb.

Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.

İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru