“Formula 1” pilotu karyerasında ilk dəfə təsnifat mərhələsini qazandı

31-07-2022, 11:24           
“Formula 1” pilotu karyerasında ilk dəfə təsnifat mərhələsini qazandı
“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel “Formula 1”in 13-cü mərhələsinin - Macarıstan Qran Prisinin təsnifat yarışında qələbə qazanıb.

O, karyerasında ilk dəfə əsas yarışa ilk sıradan başlamaq hüququ əldə edib.

Ferrari komandasından ispaniyalı pilotu Karlos Sayns ikinci, onun komanda yoldaşı Şarl Lekler isə üçüncü olub.

“Mercedes”in digər pilotu Lyuis Hemilton yeddinci, “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen isə texniki çətinliklərə görə onuncu olub.

Macarıstan Qran Prisi bu gün baş tutacaq.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru