“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşir

2-08-2022, 12:57           
“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşir
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü “səpələnməmişlər” səbətində yer alıb.

Cütün qalibi pley-off mərhələsində aşağıda adları qeyd olunan komandalardan biri ilə qarşılaşacaq:

“Kopenhagen” (Danimarka)

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi

UEFA-nın mənzil qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

Bu gün, həmçinin, UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “Qarabağ” Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək.

Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 3 komandası 1-ci qrupun 3 təmsilçisi ilə düşəcək. 1-ci qrupun digər 3 klubu 3-cü qrupdan öz rəqiblərini tanıyacaq. 3-cü qrupun yerdə qalan komandaları 2-ci qrupdan 2 kollektivlə cütlük təşkil edəcək. 2-ci qrupun digər 4 komandası isə bir-birinə rəqib olacaq.

Azərbaycan çempionu 2-ci qrupda yer alıb. Bu isə o deməkdir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ya öz qrupundan 3, ya da 3-cü qrupda qalan kollektivlərdən biri ilə qarşılaşacaq. Burada yalnız “Srvena Zvezda” – “Pünik” duelinin məğlubu “Qarabağ”a rəqib ola bilməz.

1-ci qrup

“Gent” (Belçika)
“Austriya” (Avstriya)
“Harts” (Şotlandiya)
“Sivasspor” (Türkiyə)
“Dnepr-1” (Ukrayna)
“Silkeborq” (Danimarka)

2-ci qrup

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün məğlubu
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu
“Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu
“Budyo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu

3-cü qrup

“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Maribor” (Sloveniya) - HİK (Finlandiya) cütünün qalibi

4-cü qrup

“Omoniya” (Kipr)
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
“Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Slovakiya) cütünün qalibi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru