İngilis qadınlar Avro-2022-də qələbəni bayram edirlər – VİDEO

3-08-2022, 08:39           
İngilis qadınlar Avro-2022-də qələbəni bayram edirlər – VİDEO
“Uembli” stadionunun tribunalarındakı 87 mindən çox azarkeş ingilis qadın futbolçuların Avro-2022-də qələbəsinin şahidi oldu. Bu, həm qadınlar, həm də kişilər arasında bütün Avropa çempionatların ən çox azarkeşin iştirak etdiyi rekordudur. Oyunu əlavə olaraq bütün dünyada daha 30 milyon tamaşaçı televiziya vasitəsilə izləyirdi.

İngiltərə əlavə vaxtda almanları 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa Çempionu olub.

“Fenomenal idi! Atmosfer sadəcə inanılmaz idi! Mən heç vaxt belə bir şey hiss etməmişdim”, – ingilis fanat deyir.

“Çox həyəcanlı idi! Əvvəlcə 1-1 olduğu üçün Almaniyanın qalib gələcəyini düşündük, sonra qol vurduq!”, – İngiltərədən olan başqa bir qız deyir.

Qələbə kubokunu ingilis futbolçulara şahzadə Uilyam özü təqdim edib.

“Təkcə bu ölkədə deyil, bütün dünyada qadın idmanı üçün gözəl gündür. Çox sayda insanın matçlara təkcə İngiltərəni dəstəkləmək üçün deyil, həm də sadəcə qadınların oynadığı futbolu izləmək üçün gəlməsi çox gözəldir”, – futbol tarixçisi Ceyms Noulz deyir.

“İngiltərənin böyük çempionluğu qazanmasından 56 il keçir. Və 1966-cı ildə olduğu kimi, İngiltərə Almaniyanı əlavə vaxtda məğlub etdi”, Euronews müxbiri Lyuk Hanrahan deyib.

“Stadionda oturub 85 min ingilis azarkeşin oxuduğu mahnıya qulaq asmaq bir az ağrılı olsa da, qadın futbolu naminə bunu eşitmək çox gözəl idi”, – alman azarkeş deyir.

Almanlar doqquzuncu dəfə Avronun finalında oynayıblar və ilk dəfə məğlub olublar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.