Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək

3-08-2022, 09:14           
Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək
Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.

“Report” xəbər verir ki, tədbir avqustun 5-də “Dəniz Mall”da baş tutacaq. Görüşdə 29 yaşlı idmançının imza sessiyası keçiriləcək.

Bütün idman həvəskarları üçün giriş sərbəst olacaq.

Qeyd edək ki, “Ataman” ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru