VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək

3-08-2022, 09:24           
VAR müzakirələrini azarkeşlər də dinləyə biləcək
İngiltərə Premyer Liqasında keçirilən oyun bitəndən sonra baş hakimlə video-köməkçi hakim (VAR) sisteminə cavabdeh olan şəxs arasında söhbətlərin yazıları yayımlanacaq.

Bu addımın hakimlərin verdiyi qərarların şəffaflığını artıracağı qeyd olunur.

Eyni zamanda qeyd edilir ki, yazılar audio formatda təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 5-də başlayır.

Mənbə: The Times












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.