Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

3-08-2022, 09:34           
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib
Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Oxu.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.


Niderland PSV-si Monakoda eyniadlı komanda ilə, Şotlandiya “Reyncers”i Belçikada “Yunion” ilə, Danimarka “Midtüllan”ı isə Portuqaliyada “Benfika” ilə üz-üzə gəlib.

Monakodakı matçda minimal hesablı heç-heçə (1:1) qeydə alınıb. “Yunion” rəqibinin qapısından iki cavabsız top keçirib (2:0). “Benfika” isə darmadağınla yadda qalıb (4:1).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) 1:2

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:2

“Monako” (Fransa) - PSV (Niderland) 1:1

“Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya) 2:0

“Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka) 4:1

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər beş oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru