Azərbaycanın kişi voleybol millisinin seçmə mərhələ və İslamiadada çıxış edəcək heyəti bəlli olub

3-08-2022, 12:45           
Azərbaycanın kişi voleybol millisinin seçmə mərhələ və İslamiadada çıxış edəcək heyəti bəlli olub
Avropa çempionatının (AVRO-2023) təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

"Report"un məlumatına görə, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alır.

Bunlar Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyevdir.

Qeyd edək ki, bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında da təmsil edəcək. 8 - 15 avqust tarixlərində baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru