Məşhur idmançı başından güllələnərək öldürüldü

9-08-2022, 00:02           
Məşhur idmançı başından güllələnərək öldürüldü
Tanınmış idmançı Leandro Lo başından güllələnərək öldürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yapon döyüş sənəti Ciu Citsu üzrə bütün zamanların ən uğurlu idmançılarından biri olan braziliyalı Leandro Lo San-Pauludakı gecə klubunda başından silahla vurulub. Həkimlər Lo-nun beyin ölümü yaşadığını açıqlayıblar.

33 yaşlı Lonun vəzifədən kənar polis əməkdaşı Henrique Velozo tərəfindən güllələndiyi bildirilir.Velozo polisə təslim olub və nəzarətə götürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə konsert üçün "Clube Siria” gecə klubuna gedən Lo ilə Velozo arasında mübahisə düşüb.

Velozo bir şüşə götürüb və Lonu hədələyib. Lo sonra Velozonu hərəkətsizləşdirib və getməli olduğunu söyləyib.

Nəticədə Velozo silahını çıxarıb və Lo-nun alnından vurub.

Qeyd edək ki, 33 yaşlı Leandro Lo 2012-2022-ci illər arasında 5 müxtəlif kateqoriyada 8 dəfə Ju Jitsu üzrə dünya çempionu olmaqla rekord qırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.