“Fənərbağça”nın ilk oyununda altı qol vuruldu - VİDEO

9-08-2022, 09:54           
“Fənərbağça”nın ilk oyununda altı qol vuruldu - VİDEO
Futbol üzrə Türkiyə Super Liqasında 1-ci tura yekun vurulub.

Ən qollu matç İstanbulda qeydə alınıb.

Belə ki, “Ümraniyəspor”u qəbul edən “Fənərbağça” 3 qol vursa da, qapısında eyni sayda qol görüb.

Matç həm də oyunun baş hakiminin 9 dəfə əlini cibinə atması ilə yadda qalıb.

Beləliklə də, “sarı lacivərdli” komanda ilk turdaca xal itkisilə üzləşib.

Türkiyə Super Liqası

1-ci tur

8 avqust

“Fənərbağça” – “Ümraniyəspor” 3:3

Qol: Valensiya, 19-pen; 45+2. Berişa, 90+2 – Qlumaç, 29. George, 67. Mrsiç, 73-pen.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru