Şahmat Olimpiadası: Azərbaycan komandaları sonuncu oyunlarına çıxıb

9-08-2022, 09:36           
Şahmat Olimpiadası:
Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.

"Report"un məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.

XI tur

Azərbaycan - Serbiya

Şəhriyar Məmmədyarov - Aleksandr İndiç

Rauf Məmmədov - Velmir İviç

Qədir Hüseynov - Markus Robert

Vasif Durarbəyli - İvan İvanişeviç

Azərbaycan - Gürcüstan

Günay Məmmədzadə - Nana Caqnidze

Xanım Balacayeva - Nino Batsiaşvili

Gövhər Beydullayeva - Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva - Meri Arabidze

Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 19-cu, qadınlar isə 16 xalla üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru