Turan Bayramov qızıl medal QAZANDI

10-08-2022, 21:59           
Turan Bayramov qızıl medal QAZANDI
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.

Abubakr Abakarov isə 86 kq çəki dərəcəsində final görüşündə zədələnərək gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan İslamiadada güləş növündə altıncı medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.