Avropa Liqası: Daha altı komanda pley-offa yüksəldi

12-08-2022, 08:33           
Avropa Liqası:
UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) – “Maribor” (Sloveniya) - 1:0
Qollar: Santeri Hostikka, 54
İlk oyun - 2:0

21:00. “Slovaçko” (Çexiya) – “Fənərbağça” (Türkiyə) - 1:1
Qollar: Ondrjey Şaşinka, 58 - Serdar Dursun, 56
İlk oyun - 0:3

21:00. “Sürix” (İsveçrə) – “Linfild” (Şimali İrlandiya) - 3:0
Qollar: Donis Avdiyay, 11; 26. İvan Santini, 84
İlk oyun - 2:0

22:00. “Düdelanj” (Lüksemburq) – “Malmö” (İsveç) - 2:2
Qollar: Samir Haci, 56. Danel Sinani, 61 - Məhəmməd Buya Turay, 50. Ula Toyvonen, 52
İlk oyun - 0:3

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Olimpiakos” (Yunanıstan) - 2:2 (ƏLAVƏ VAXTDA - 1:1, PENALTİLƏRLƏ - 3:4)
Qollar: İvan Şaponiç, 90+4. Andre Qrin, 108 - Filip Sinkernagel, 54. Məhəmməd Kamara, 101
Qırmızı vərəqə: Mienti Abena, 90+7 (“Slovan”)
İlk oyun - 1:1

23:00. “Partizan” (Serbiya) - AEK (Larnaka, Kipr) - 2:2
Qollar: Rikardu Qomeş, 24; 54 - Rafael Lopeş, 52. İmad Farac, 57
İlk oyun - 1:2

Qeyd edək ki, daha əvvəl İrlandiyanın “Şemrok Rovers” klubu Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru