“Qızıl top”a namizədlərin adları açıqlandı - Messi SİYAHIda yoxdur

13-08-2022, 08:07           
“Qızıl top”a namizədlərin adları açıqlandı -
“France Football” jurnalı “Qızıl top”a namizədlərin siyahısını dərc etməyə başlayıb.
7 dəfə “Qızıl top”u qazanaraq dünya rekordu qıran Lionel Messi bu dəfə namizədlər siyahısına düşməyib.
Salah, Kurtua – “Qızıl top”a namizədlərin 1-ci beşliyində, Levandovski, Vinisius – 2-ci beşlikdə, Benzema - 3-cü beşlikdə yer alıb.
Ümumilikdə dünya futbolunda əsas fərdi mükafata 30 iddiaçı təqdim olunacaq.
İlk beşlik:
Tibo Kurtua (“Real” Madrid, Belçika)
Rafael Leau (“Milan”, Portuqaliya)
Kristofer Nkunku (“Leypsiq”, Fransa)
Mohamed Salah (“Liverpul”, Misir)
Yozua Kimmix (“Bavariya”, Almaniya)
İkinci beşlik:
Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə)
Vinisius Junior (“Real” Madrid, Braziliya)
Bernardu Silva (“Mançester Siti”, Portuqaliya)
Luis Dias (“Liverpul”, Kolumbiya)
Robert Levandovski (“Bavariya”/“Barselona”, ​​Polşa)
Üçüncü beşlik:
Riyad Marez (“Mançester Siti”, Əlcəzair)
Kazemiro (“Real” Madrid, Braziliya)
Son Xın Min (“Tottenhem”, Cənubi Koreya)
Fabinyo (“Liverpul”, Braziliya)
Karim Benzema (“Real” Madrid, Fransa)
Dördüncü beşlik
Filip Foden (“Mançester Siti”, İngiltərə)
Hari Keyn (“Tottenhem”, İngiltərə)
Sadyo Mane (“Bavariya” / “Liverpul”, Seneqal)
Darvin Nunyes (“Liverpul”, Uruqvay)
Mayk Menyan (“Milan”, Fransa)
Beşinci beşlik
Kevin De Brüyne (“Mançester Siti”, Belçika)
Sebastyan Aller (“Borussiya” Dortmund / “Ayaks”, Kort Divuar)
Luka Modriç (“Real”, Xorvatiya)
Kriştianu Ronaldu (“Mançester Yunayted”, Portuqaliya)
Antonio Rüdiqer (“Real” / “Çelsi”, Almaniya)
Altıncı beşlik:
Joa Kanselu (“Mançester Siti”, Portuqaliya)
Erlinq Holand (“Mançester Siti” / “Borussiya” Dortmund, Norveç)
Kilian Mbappe (“PSJ”, Fransa)
Van Dayk (“Liverpul”, Niderland)
Duşan Vlaxoviç (“Yuventus”, Serbiya)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.