Mane “Liverpul”un 150 əməkdaşına hədiyyələr göndərib

15-08-2022, 11:04           
Mane “Liverpul”un 150 əməkdaşına hədiyyələr göndərib
Sadio Mane “Liverpul”un heyətinə birgə işlərinə görə təşəkkür edib.

Futbolçu klubun əməkdaşlarına 150 hədiyyə göndərib.

O, bu yolla təmizlikçi xanımdan mühafizəçiyə qədər hər kəsə minnətdarlığını bildirib.

Hər bir işçi Sadionun şəkli olan şokolad və əlyazması olan açıqca alıb.

Qeyd edək ki, futbolçu “Liverpul”da altı mövsüm keçirdikdən sonra bu yay “Bavariya”ya keçib.

Mənbə: sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.