Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib - VİDEO

15-08-2022, 22:40           
Qətər İslamiadadakı qalmaqala görə Türkiyədən üzr istəyib - VİDEO
Qətər Voleybol Federasiyası milli komandanın üzvü Saad Sulamanın Konyada keçirilən V islam Həmrəyliyi Oyunları səbəb olduğu qalmaqala görə Türkiyədən üzr istəyib.

"Report" xəbər verir ki, federasiya prezidenti prezidenti Əli ibn Qanem Əl Kuvari yerli hakimlərə baş kəsmək işarəsi göstərən liberonun hərəkətinin yolverilməz olduğunu bildirib. O, insidentlə bağlı təəssüf hiss keçirdiyini söyləyib.

Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ isə voleybolçudan Beynəlxalq Voleybol Federasiyasına (FIVB) şikayət ünvanladıqlarını vurğulayıb.

Qeyd edək ki, Saad Sulaman Türkiyə yığmasına qarşı matçın 3-cü seti başa çatdıqdan sonra hakimə baş kəsmək işarəsi edib. Daha sonra Qətər Voleybol Federasiyası instaqramda "İdman bizi bölməz, birləştirər" paylaşımı edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru