Ronaldo hələ də “Mançester Yunayted”dən ayrılmaq istəyir

17-08-2022, 08:18           
Ronaldo hələ də “Mançester Yunayted”dən ayrılmaq istəyir
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu hələ də İngiltərənin “Mançester Yunayted” klubundan ayrılmaq istəyir.
TİA.AZ xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano bildirib.
Onun sözlərinə görə, 37 yaşlı hücumçunun agenti Xorxe Mendeş yeni komanda axtarışındadır. Lakin “qırmızı şeytanlar” Ronaldu ilə vidalaşmaq niyyətində deyil.
Qeyd edək ki, Kriştianu Ronaldunun “Mançester Yunayted”lə 2023-cü ilin yayınadək müqaviləsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru