Çempionlar Liqası: Mahir Emrelinin komandası ilə “Trabzonspor” uduzdu - VİDEO

17-08-2022, 08:55           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

İlk oyun günündə üç qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Budyo Qlimt”in qonağı olub. Zədəsini sağaldan 25 yaşlı hücumçu görüşün 69-cu dəqiqəsində meydana çıxıb. Lakin nə həmyerlimiz, nə də komandanın digər üzvləri Xorvatiya təmsilçisini məğlubiyyətdən xilas edə bilməyib - 1:0. Xatırladaq ki, Mahir ötən il Polşa “Legiya”sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib. “Bordo-mavilər” səfər matçında qapılarında iki top görüb, lakin onlardan birinin əvəzini çıxmağı bacarıblar - 2:1

Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubunu sınağa çəkib. Gərgin keçən qarşılaşma 2:2 hesablı “sülh”lə bitib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

“Budö Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0


“Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə) 2:1


“Reyncers” (Şotlandiya) - PSV (Niderland) 2:2

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu avqustun 17-də baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru