İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

18-08-2022, 18:37           
İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir
Britaniyalı milyarder Cim Retkliff satışa çıxarılacağı təqdirdə “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirib.

Teref.az xarici mediaya istinadən xəbər verir ki, başlanğıc üçün Retkliff klubda ən azı hissə almağa hazırdır, çünki mətbuatda Qleyzer ailəsinin “Mançester Yunayted”ə yeni sərmayə qoymağı planlaşdırdığı və minoritar səhm paketini satmağı düşündüyü barədə məlumatlar var.

69 yaşlı Retkliff İngiltərənin ən varlı adamıdır. O, “Ineos Group Ltd” şirkətinin baş direktoru və “Ineos Grenadiers” velosiped komandasının sahibidir. Futbola gəlincə, 2019-cu ildə britaniyalı “Nitsa”nı 100 milyon avroya alıb. O, həmçinin İsveçrə çempionatının “Lozanna” klubunun sahibidir.

Xatırladaq ki, daha əvvəl amerikalı iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirsə də, sonradan bunun zarafat olduğunu yazaraq öz mesajını təkzib etmişdi.//Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.