Ronaldu “Mançester Yunayted”də qalmağa qərar verdi

22-08-2022, 08:44           
Ronaldu “Mançester Yunayted”də qalmağa qərar verdi
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu cari mövsüm İngiltərənin “Mançester Yunayted” klubunda qalacaq.

Bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb.

Buna “qırmızı şeytanlar”ın İspaniya “Real Madrid”indən Kazemironu transfer etməsi səbəb olub. Portuqaliyalı forvard braziliyalı oyunçunun keçidinə görə Mançester təmsilçisində qalmağa qərar verib.

Qeyd edək ki, Kriştianu Ronaldunun klubla 2023-cü ilin yayınadək müqaviləsi var. Təcrübəli oyunçu “Real Madrid”də Kazemiro ilə birlikdə çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru