«Mançester Yunayted”in fəlakətli oyununun SƏBƏBİ AÇIQLANDI

22-08-2022, 11:05           
«Mançester Yunayted”in fəlakətli oyununun SƏBƏBİ AÇIQLANDI
"Mançester Yunayted"in 52 yaşlı hollandiyalı baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 3-cü turunun "Liverpul"la görüşü ərəfəsində turnirin əvvəlində ardıcıl iki məğlubiyyətin səbəbləri ilə bağlı fikirlərini bildirib.

“Mövsümqabağı hazırlığı yaxşı keçirdik. Sonra Anthoni Martial zədələndi, Ronaldo formada deyildi və biz 6 nömrə üçün yarımmüdafiəçi ala bilmədik. İlk oyunda startda bir yerdə oynamayan iki mərkəz müdafiəçimiz, eləcə də karyerasının ən yaxşı dövrünü keçirməyən qapıçımız var idi. Deməli, bunun baş verməsinin aydın səbəbləri var, amma mən bilirəm ki, biz bunu düzəldəcəyik, həmçinin nəticələr daha yaxşı olacaq”, - Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, baş məşqçi deyib.

Xatırladaq ki, bu axşam bakı vaxtı ilə saat 23:00-da “Mançester Yunayted” öz meydanında mösümə uöursuz başlayan (iki oyunda heç-heçə edib) “Liverpul”la qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.