Ronaldu autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək

24-08-2022, 00:08           
Ronaldu autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək
İngiltərə "Mançester Yunayted"inin 14 yaşlı azarkeşi Cey Hardinqin anası Sara Kelli komandanın futbolçusu Kriştianu Ronaldunu məhkəməyə verməyə hazırlaşır.ir.

"The Sun" nəşrinin məlumatına görə, buna səbəb portuqaliyalı hücumçunun ötən mövsüm evdə "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

37 yaşlı forvard fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Kellinin sözlərinə görə, onun əsas istəyi Ronaldunun törətdiyi əmələ görə cavab verməsidir: "Ədalətə qovuşmağın yeganə yolu mübarizəni davam etdirməkdir".

Hardinqin anası hadisəyə görə futbolçunun 200 funt sterlinq məbləğində cərimələndiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru