Çempionlar Liqası: Mahir Emrelinin komandası qrup mərhələsinə vəsiqə qazandı - VİDEO

25-08-2022, 10:04           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, bu gün keçirilən cavab qarşılaşmaları ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqrebin “Dinamo” klubu səfərdə minimal hesabla (1:0) uduzduğu “Budyo Qlimt”lə qarşılaşıb. Emreli ilk oyunda olduğu kimi, bu dəfə də start heyətdə yer almayıb. Lakin azərbaycanlı hücumçu 60-cı dəqiqədə Şpikiçin əvəzinə meydana daxil olub. Oyunun əsas vaxtında 2:1 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac yaranıb. Burada daha iki dəfə fərqlənən “Dinamo” adını Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb.

Son Türkiyə çempionu “Trabzonspor” isə gəzləntiləri doğrultmayıb. Danimarkada 2:1 hesabıyla məğlub olan “bordo-mavililər” ev oyununda fərqlənə bilməyiblər - 0:0. Bu nəticədən sonra Türkiyə klubu Çempionlar Liqası ilə vidalaşmalı olub.

Turnirə vəsiqə qazanan daha bir komanda isə səfərdə PSV-ni bir qolla keçən “Reyncers” olub. Şotlandlar ilk oyunda heç-heçə (2:2) etsələr də, bu dəfə şanlarını əldən verməyiblər.

Qeyd edək ki, məğlub olan komandalar yollarına Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.

UEFA Çempionlar Liqası Pley-off mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Budyo Qlimt” (Norveç) 4:1

İlk oyun - 0:1

“Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 0:0

İlk oyun - 1:2

PSV (Niderland) – “Reyncers” (Şotlandiya) 0:1

İlk oyun - 2:2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.