Avroliqa: “Fənərbaxça” qrupa darmadağınla vəsiqə qazandı

26-08-2022, 08:25           
Avroliqa: “Fənərbaxça” qrupa darmadağınla vəsiqə qazandı
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sports.az xəbər verir ki, qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komandanın adına aydınlıq gəlib.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbaxça" Avstriyanın “Austriya" (Vyana) komandasını, "Sivasspor" isə İsveç "Malmö"sünü qəbul edib. İstanbul klubu ilk matçda 2:0 hesablı qələbə qazanmışdısa, sivaslılar rəqibinə uduzmuşdu – 1:3. Elə cavab oyunlarında da “Fənərbaxça” qələbəyə sevindiyi halda, Sivas klubu məğlubiyyətlə üzləşib və Avroliqa ilə vidalaşıb.

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə “Sürix”i Şotlandiyada "Harts"ın, Macarıstasn "Ferentsvaroş"u İrlandiyada "Şemrok Rovers"un qonağı olub. Cavab görüşlərində sərfəli nəticə qazanan Sürix və Budapeşt təmsilçiləri Avroliqanın qrup mərhələsinə vəsiqə əldə ediblər.

Avropa Liqası
Pley-offun cavab oyunları
25 avqust

AEK (Larnaka, Kipr) - Dnepr-1 (Ukrayna) 3:0
İlk oyun - 2:1

Jalgiris (Litva) - Ludoqorets (Bolqarıstan) 3:3
İlk oyun - 0:1

Silkeborq (Danimarka) - HJK (Finlandiya) 1:1
İlk oyun - 0:1

Fənərbaxça (Türkiyə) - Austriya (Vyana, Avstriya) 4:1
İlk oyun - 2:0

Omoniya (Kipr) - Gent (Belçika) 2:0
İlk oyun - 2:0

Şerif (Moldova) - Pünik (Ermənistan) 0:0 (penaltilər 3:2)
İlk oyun - 0:0

Sivasspor (Türkiyə) - Malmö (İsveç) 0:2
İlk oyun - 1:3

Harts (Şotlandiya) - Sürix (İsveçrə) 0:1
İlk oyun - 1:2

Olimpiakos (Yunanıstan) - Apollon (Kipr) 1:1 (penaltilər 3:1)
İlk oyun - 1:1

Şemrok Rovers (İrlandiya) – Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun – 0:4












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.