“Qarabağ”ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb - VİDEO

27-08-2022, 09:53           
“Qarabağ”ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb - VİDEO
Futbol üzrə Almaniya Bundesliqasında IV tura start verilib.

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” komandası “Boxum”u qəbul edib.

“Europa Park” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Vinçentso Qrifo vurub. O, penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə qapıdan keçirib.

Çempionatda 3-cü qələbə sayəsində xalını 9-a çatdıran “Frayburq” 2-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətini alan “Boxum” isə sonuncu pillədə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru