"Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub - Avropa Liqası

27-08-2022, 12:17           
"Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub - Avropa Liqası
"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.

TEREF.AZ-ın "Report"a istinadən məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.

"Köhlən atlar" sentyabrın 15-də Bakıda Fransa "Nant"ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.

"Qarabağ" V turda səfərdə "Nant"la, sonuncu turda isə Bakıda "Frayburq"la üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru