"Mançester Yunayted"dən Ronaldonu əsəbiləşdirən QƏRAR

29-08-2022, 11:18           
"Mançester Yunayted"dən Ronaldonu əsəbiləşdirən QƏRAR
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun maaşı 25 faiz azaldılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, Ronaldonun müqaviləsinə əsasən, İngiltərə çempionatının son mövsümünün sonunda klubun Çempionlar Liqasına düşə bilməməsi səbəbindən onun klubdakı maaşı azalıb. “Mançester Yunayted” bu variantı aktivləşdirib. Ronaldo özü keçən mövsüm Premyer Liqada 18 qol vurmasına baxmayaraq, klubun maaşları azaltmaq qərarından narazıdır.

Daha əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılaraq Çempionlar Liqasında çıxış edən kluba keçmək istədiyi bildirilirdi. Portuqaliyalı hücumçunun karyerasını davam etdirmək variantlarından biri də “Napoli”dir. Ronaldo icarə əsasında İtaliya klubuna keçə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru