Azərbaycanlı xanım Praqada ermənini mat qoydu

30-08-2022, 08:24           
Azərbaycanlı xanım Praqada ermənini mat qoydu
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

32gun.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru