Anri Fabreqasın oynadığı klubu aldı - FOTO

30-08-2022, 08:48           
Anri Fabreqasın oynadığı klubu aldı - FOTO
Keçmiş fransalı hücumçu Tyerri Anri İtaliyanın ikinci liqasından “Komo” klubunun ortaq sahibi olub.

45 yaşlı fransız hazırda “Arsenal”dakı keçmiş həmkarı, yarımmüdafiəçisi Fransesk Fabreqasın çıxış etdiyi klubun minoritar səhmdarına çevrilib.

“Uzun müddətdir ki, belə bir layihənin tərkib hissəsi olmaq fürsətini gözləyirdim. “Komo” iddialı klubdur və ən əsası mənimlə eyni dəyərləri paylaşan klubdur. Bu, sadəcə bir futbol komandası deyil, yerli ictimaiyyətə kömək edən bir strukturdur”, - deyə Anri bildirib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru