XXI əsrdə ən çox qol vuran müdafiəçilər bəlli olub

30-08-2022, 10:18           
XXI əsrdə ən çox qol vuran müdafiəçilər bəlli olub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Yaponiya millisinin sabiq oyunçusu Markus Tanaka başçılıq edir.

41 yaşlı veteran futbolçu 58 qola imza atıb.

Belçikalı Daniel van Büten 57 qolla ikinci pillədə qərarlaşıb. Norveçli Yon Arne Riise və braziliyalı Roberto Karlos 55 qolla 3-4-cü yerləri bölüşdürür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.